Tramp: “Marin Le Peni azad edin!”
ABŞ prezidenti Donald Tramp Fransa müxalifət lideri Marin Le Penə qarşı irəli sürülən ittihamları siyasi təqib adlandırıb.
TodayPress xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Müxalifətə qarşı daha bir “cadugər ovu”. Avropanın solçuları bir daha qanunu siyasi silaha çevirərək ifadə azadlığını boğur, siyasi rəqiblərini susdururlar. Bu dəfə isə rəqibini həbsə atmaqla…” deyə Tramp bildirib.
ABŞ prezidenti Le Penə qarşı bu addımı şəxsi təcrübəsinə bənzədib: “Bu, mənə qarşı da illərlə istifadə edilən eyni “fəaliyyət planıdır” – Norm Eizen, Endryu Vaysman və Liza Monako kimi dəli və uğursuz şəxslərdən ibarət bir qrupun qurduğu sistem.
Onlar doqquz il ərzində yalnız buna fokuslandılar və uğursuzluğa düçar oldular. Çünki ABŞ xalqı onların korrupsiyaya bulaşmış hüquqşünaslar və siyasətçilər olduğunu başa düşdü”. Tramp Le Penlə tanış olmadığını qeyd etsə də, onun illərlə verdiyi siyasi mübarizəni təqdir etdiyini bildirib: “O, itkilər verdi, amma yolundan dönmədi. İndi isə böyük bir seçki qələbəsinə az qalmış, onu kiçik bir cinayətdə ittiham edirlər. Bu, mənə “mühasibat səhvi” kimi səslənir. Fransa və onun böyük xalqı üçün çox pisdir. Marin Le Peni azad edin!” deyə Tramp çağırış edib.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Fransa,Le Pen,Todaypress.az,