Tramp Maskı dəstəkləmək üçün yeni "Tesla" alacaq
ABŞ prezidenti Donald Tramp amerikalı milyarder İlon Maska güvən və dəstək göstərmək üçün yeni “Tesla” alacaq.
TodayPress xəbər verir ki, bu barədə Ağ Ev lideri “Truth Social”da yazıb.
O bildirib ki, Hökumətin Səmərəliliyi Departamentinə cavabdeh olan Mask millətə kömək etmək üçün "fantastik" bir iş görüb və anti-Mask qüvvələr “Tesla”nı boykot etməyə başlayıb.
“Mən sabah səhər İlon Maska güvən və dəstək nümayişi olaraq tamamilə yeni “Tesla” alacam” deyə o vurğulayıb.
Daha sonra Mask “X” sosial şəbəkəsindəki hesabında Trampın sözlərini təkrar paylaşaraq, "Təşəkkür edirəm, Prezident @realDonaldTrump!" deyə şərh edib.
Qeyd edək ki, Trampın şərhi ABŞ-də “Tesla”ya qarşı boykotun artdığı bir vaxta təsadüf edir.
Aysel Mətləb
tag: Tramp,ABŞ,Tesla,Mask,Todaypress.az,