Tramp: “Media nəticələri saxtalaşdırır”

Dünya

28.04.2025 16:15

14

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkədə azad və ədalətli mətbuat artıq yoxdur və media ictimai rəy sorğularının nəticələrini saxtalaşdırır. 

TodayPress xəbər verir ki, Tramp bu fikirləri “Truth Social” platformasında paylaşıb.

Qeyd edək ki, “ABC”, “The Washington Post” və “Ipsos”un birgə apardığı sorğuya görə, Trampın prezidentliyinin ilk 100 günündə onun təsdiq reytinqi son 80 ilin ən aşağı səviyyəsinə düşüb.

Respondentlərin 55 faizi Trampın fəaliyyətini mənfi qiymətləndirib, 39 faizi isə müsbət rəy bildirib.

Qiymət Mahir

tag: ABŞ,Media,Tramp,Sorğu,todaypress.az,