Tramp məhkəmə sistemini yıxıb-sürüdü

Dünya

27.03.2025 14:24

2479

ABŞ prezidenti Donald Tramp ölkədə məhkəmə sisteminin ciddi problemlərlə üzləşdiyini bildirib. Onun fikrincə, xüsusilə Nyu-York və Vaşinqtondakı məhkəmələr korrupsiya və radikal qərarlarla fərqlənir.

TodayPress xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Truth Social” hesabında yazıb.

“Məhkəmə sistemi ölkənin bir çox yerində sıradan çıxıb, Nyu-York və Vaşinqton isə korrupsiya və radikalizmin zirvəsindədir. Bu saxtalaşdırılmış sistemlə bağlı təcili araşdırma aparılmalıdır, hələ gec deyil!”  deyə Tramp qeyd edib.

O, paytaxt Kolumbiya dairəsinin baş hakimi Ceyms Boasberqi “son dərəcə qərəzli” adlandırıb. 

Xatırladaq ki, Boasberq yaxın günlərdə ABŞ-dən miqrantların kütləvi deportasiyasının dayandırılmasına dair qərar vermiş və bu prosesin əks istiqamətə yönəldilməsini tələb etmişdi.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Məhkəmə,Tənqid,Todaypress.az,