Tramp Meksikadan bəzi mallara rüsumların tətbiqini dayandırdı

Dünya

06.03.2025 23:20

1406

ABŞ prezidenti Donald Tramp Meksikaya aprelin 2-dək ABŞ-Kanada-Meksika Azad Ticarət Sazişinin əhatə etdiyi mallara rüsum ödəməməsinə icazə verdiyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.

"Meksika prezidenti Klaudiya Şeynbaumla danışdıqdan sonra mən razılaşdım ki, Meksikadan USMCA Sazişinə daxil olan hər hansı bir şey üçün tariflər ödəmək tələb olunmayacaq. Bu Müqavilə aprelin 2-nə qədərdir" Tramp qeyd edib.

Aynur TAC

tag: Tramp, ABŞ, Meksika, Kanada, Saziş, todaypress.az,