Tramp Meksikanı sanksiyalarla hədələdi

Dünya

11.04.2025 12:33

14

ABŞ prezidenti Donald Tramp Meksikanın 1944-cü il tarixli su təchizatı müqaviləsini pozduğunu bəyan edərək bu ölkəyə qarşı tariflərin sərtləşdirilməsi və sanksiyaların tətbiqi ehtimalını irəli sürüb. 

TodayPress xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı şəxsi hesabında yazıb.

“Meksika Texas ştatına 1,3 milyon akr-fut (təxminən 1,6 milyard kubmetr) su borcludur.

Lakin Meksika təəssüf ki, öz öhdəliklərini pozur. Biz Meksika müqaviləyə əməl edib Texasa layiq olduğu suyu verməyə başlayana qədər tariflərdən tutmuş sanksiyalara qədər sərtləşdirməyə davam edəcəyik” deyə Tramp bildirib.

O, eyni zamanda su çatışmazlığı səbəbindən ötən il Texasdakı yeganə şəkər zavodunun bağlandığını deyib.

“The Washington Post”un 17 may 2024-cü il tarixli yazısına əsasən, Meksika uzun illərdir ABŞ-yə su tədarükündə müqavilə öhdəliklərini tam yerinə yetirmir, çünki özü də uzunmüddətli quraqlıqdan əziyyət çəkir.

Xatırladaq ki, 1944-cü ildə imzalanan razılaşmaya əsasən, Meksika hər beş ildən bir ABŞ-yə 2,2 milyard kubmetr su ötürməli, ABŞ isə Kolorado çayı hövzəsindən Meksikaya 1,8 milyard kubmetr su göndərməli idi.

Müqavilənin məqsədi iki ölkə arasında sərhədyanı su ehtiyatlarının ədalətli bölüşdürülməsi olub.

Trampın bəyanatı ABŞ-Meksika münasibətlərində su diplomatiyasının yaxın dövrdə əsas mübahisə mövzusuna çevriləcəyini göstərir. 

Qiymət Mahir

tag: Tramp,MEksika,Tarif,Hədə,Todaypress.az,