Tramp mümkün varislərini açıqladı
ABŞ prezidenti Donald Tramp gələcəkdə prezident postunu kimin tuta biləcəyi ilə bağlı fikirlərini bölüşüb.
TodayPress xəbər verir ki, o, bu barədə "NBC" telekanalına müsahibəsində deyib.
Prezident bildirib ki, vəzifəsini ideal olaraq “böyük bir Respublikaçıya” təhvil vermək istəyir.
Tramp mümkün varislər sırasında Dövlət katibi Marko Rubio və vitse-prezident Ceyms Devid Vensin adını çəkib.
Onun sözlərinə görə, Respublikaçılar Partiyasında çoxlu yaxşı namizədlər var.
Türkan İsgəndərli
tag: Donald Tramp,ABŞ,Prezident,Respublikaçı,todaypress.az,