Tramp müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik etdi
ABŞ Prezidenti Donald Tramp müsəlmanları
Ramazan ayının başlanması münasibətilə təbrik edib.
TodayPress bu barədə xarici KİV-ə istinadən xəbər
verir.
Təbrikdə deyilir: “Sizi mübarək Ramazan ayının gəlişi
münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dini azadlıqlar Amerika həyat
tərzinin ayrılmaz hissəsidir. Biz dinc gələcək qurmaq və hər bir insanın
ləyaqətini qorumaq öhdəliyimizi vurğulayırıq”.
"Allah bu gözəl günlərdə sizə və ailələrinizə
xeyir-dua versin"Tramp fikrini yekunlaşdırıb.
tag: ABŞ, Tramp, Müsəlman, Təbrik, Ramazan, Azadlıq, todaypress.az,