Tramp: “Nadir metallar üzrə sazişin dəyəri 1 trilyon dollara çata bilər”
ABŞ prezidenti Donald Tramp Vaşinqton və Kiyev arasında Ukraynanın nadir torpaq elementlərinə dair sazişin dəyərinin 1 trilyon dollara çata biləcəyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə söhbətində qeyd edib.
“Bu, çox böyük razılaşmadır və 1 trilyon dollarlıq saziş ola bilər” deyə Tramp vurğulayıb. O, həmçinin ABŞ-nin Ukraynaya 350 milyard dollar həcmində yardım ayırdığını, Avropanın isə yardımı kredit şəklində verdiyini xatırladıb:
“Biz isə sadəcə olaraq 300 və ya 350 milyard dollar verdik. Heç kim dəqiq məbləği bilmir. Onlar hətta mənə cavab verə bilmirlər. Amma, çox güman ki, rəqəm daha böyükdür. İndi isə deyirik ki, pulları geri qaytarmaq istəyirik. Ukraynaya çox böyük problemin öhdəsindən gəlməyə kömək etdik. Vəziyyəti düzəltməliyik, lakin indi Amerikanın vergi ödəyiciləri öz pullarını geri alacaq”.
Tramp Ukrayna prezidenti Vlodimir Zelenskinin bu sazişi fevralın 28-də Vaşinqtonda imzalaya biləcəyini də istisna etməyib.
ABŞ mediasının məlumatına görə, sənəddə Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair bənd yer almır, halbuki bu, Kiyevin saziş üçün əsas şərtlərindən biri idi.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Ukrayna,Avropa,Todaypress.az,