Tramp NATO ölkələrinə ultimatum verdi
ABŞ prezidenti Donald Tramp NATO üzvü olan ölkələrdən müdafiəyə ayırdıqları xərcləri artırmağı tələb edib və bu baş verməzsə, iyunda keçiriləcək sammitə qatılmamaqla hədələyib.
TodayPress xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb.
Bildirilib ki, Tramp administrasiyası NATO ölkələrindən ÜDM-in 5 faizini müdafiəyə ayırmalarını istəyir. Bu tələbi alyansa ABŞ-nin yeni NATO səfiri Metyu Vitaker çatdırıb.
Materialda qeyd olunub ki, əvvəlcə Almaniya rəsmiləri bu rəqəmin ciddi qəbul edilmədiyini düşünürdülər. Lakin indi Vitakerin sözlərinə inanmağa başlayıblar.
Qiymət Mahir
tag: ABŞ,NATO ,Tramp ,Ultimatum ,todaypress.az,