Tramp neftin qiymətini endirəcək?

Dünya

24.01.2025 11:05

2462

“Neft ucuzlaşdıqda amerikalılar və bütövlükdə dünya üçün hər şey ucuzlaşacaq”. 

 TodayPress xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.   

O, ABŞ Federal Ehtiyat Sisteminin (FRS) əsas faiz dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılmasının neft qiymətlərinin aşağı düşməsinə səbəb olacağını bildirib. 

“İnflyasiyanın səviyyəsi aşağı düşəcək, bu da bank faizlərinin daha da aşağı salınmasına şərait yaradacaq” deyə Ağ ev rəhbəri qeyd edib. 

Lakin bu məsələni müzakirə etmək üçün FRS rəhbərliyi ilə nə vaxt görüşəcəyini hələ dəqiqləşdirməyib. 

Qeyd edək ki, ötən ilin dekabr ayının ikinci yarısında FRS növbəti dəfə faiz dərəcəsini endirib. 

Alınan qərarla baza bəndi - illik 4,25-4,5 faizə endirilib.   

Qərar iqtisadi fəallığın artması və inflyasiyanın hədəfə yaxınlaşması ilə əsaslandırılıb.   

Bundan əlavə, əmək bazarında vəziyyət yaxşılaşıb. 

Nicat Osman

tag: Tramp,FRS,Faiz,Neft,Dərəcə,Qiymət,Todaypress.az,