Tramp növbəti ABŞ-Ukrayna danışıqlarını şərh etdi
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Amerika və Ukrayna nümayəndə heyətləri arasında müsbət mənalı danışıqlara ümid etdiyini bildirib.
TodayPress "Forbes"ə istinadən xəbər verir ki, bu barədə o, öz şəxsi təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
“Düşünürəm ki, Səudiyyə Ərəbistanında yaxşı nəticə əldə edəcəyik, çünki səudiyyəlilər müxtəlif danışıqları qəbul edirlər. Bu həftə çox mühüm hadisələr baş verə bilər" deyə siyasətçi əlavə edib.
Daha əvvəl Tramp köməkçilərinə Ukraynada seçkilərə nail olmaq istəyi və Volodimir Zelenskinin ölkə prezidenti postundan potensial istefası barədə danışıb. Amerika lideri hesab edir ki, Kiyevə hərbi yardımı bərpa etmək üçün nadir torpaq metallarının çıxarılmasına dair sazişin imzalanması kifayət etməyəcək.
Həmçinin iddia edilir ki, Ağ Ev rəhbəri Zelenskinin təkcə Rusiya ilə sülh danışıqlarına deyil, həm də Ukraynada prezident seçkilərinin keçirilməsinə, hətta dövlət başçısı postundan mümkün istefaya hazır olmasını görmək istəyir.
Töhfə Səməd
tag: Tramp,ABŞ,Ukrayna,Danışıqlar,Todaypress.az,