Tramp: "Növbəti böyük beynəlxalq məsələ İran olacaq"
Dünya siyasətində növbəti aktual məsələ İranın nüvə
proqramı ətrafında yaranacaq vəziyyət olacaq.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə
ABŞ Prezidenti Donald Tramp deyib.
"Növbəti danışacağınız məsələ İrandır və onu
nələr gözləyir. Maraqlı günlər qarşıdadır, sizə deyə biləcəyim tək şey
budur" o, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Trampın fikrincə, maraqlı vaxt gəlib çatıb: “Nə
olacağını görəcəyik. Son toxunuşları edirik. Onların nüvə silahı əldə etməsinə
icazə verə bilmərik. Çox tezliklə nə isə baş verəcək. Ümid edək ki, biz sülh
razılaşmasına nail ola bilərik”.
tag: ABŞ, Tramp, İraq, Ağ Ev,Prezident, todaypress.az,