Tramp “NPR” və “PBS”in maliyyələşməsini dayandırdı

Dünya

02.05.2025 17:50

10

ABŞ prezidenti Donald Tramp “NPR” radiostansiyası və “PBS” televiziya xidmətinin dövlət büdcəsindən maliyyələşdirilməsini dayandıran sərəncam imzalayıb. 

TodayPress xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Sənəddə əsas səbəb kimi bu media qurumlarının xəbərləri qərəzli şəkildə təqdim etməsi göstərilir. Tramp bildirib ki, məsələ onların mövqeyi deyil, vergi ödəyicilərinə ədalətli, etibarlı və qərəzsiz informasiya təqdim olunmamasıdır.

Sərəncama əsasən, federal agentliklərə “NPR” və “PBS”ə birbaşa və dolayı maliyyə dəstəklərinin tam dayandırılması tapşırılıb.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Radio,Maliyyə,todaypress.az,