Tramp Panamaya qoşun yeritmək istəyir
"ABŞ prezidenti Donald Tramp Panama kanalına çıxışı təmin etmək üçün hərbi variantları nəzərdən keçirir".
TodayPress xəbər verir ki, bu barədə "Newsweek" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, məqsəd Vaşinqtonun hərbi mövcudluğunu bütün ərazilərdə artırmaq və Pekinin təsirini azaltmaqdır.
Nəşrin məlumatına görə, ABŞ Panama kanalına daimi və mütləq çıxışı təmin etmək üçün "hərbi seçimlər" tələb edir.
Yəni Panama hakimiyyətinin Birləşmiş Ştatlarla əməkdaşlıq etmək istəyindən asılı olacaq.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Panama,Vaşinqton,Todaypress.az,