Tramp prezident təyyarəsini dəyişəcək
ABŞ prezidenti Donald Tramp "Boeing" şirkətinin təyyarə layihəsindəki gecikmələrə görə yeni prezident təyyarəsi almaq üçün başqa podratçı axtarır.
TodayPress xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Tramp bu səbəbdən əvvəllər Qətərə məxsus olan "Boeing 747" təyyarələrinin yenidən təmir olunmasını və müvəqqəti “Hərbi Hava Qüvvələri 1” kimi istifadə edilməsini tapşırıb. Bu təyyarələrə xüsusi təhlükəsizlik sistemləri də əlavə ediləcək.
Hazırda "Boeing" şirkəti iki yeni prezident təyyarəsinin istehsalına davam edir, lakin onların Trampın səlahiyyət müddəti bitənə qədər hazır olması gözlənilmir.
Layihə ilkin 3,9 milyard dollarlıq büdcəni çoxdan keçib və əlavə gecikmələr yaşanır.
Türkan İsgəndərli
tag: Donald Tramp,Boeing,Təyyarə,ABŞ,todaypress.az,