Tramp: “Putin sülh razılaşmasını qəsdən uzadır”

Dünya

26.03.2025 11:42

1562

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh sazişinin imzalanmasını bilərəkdən ləngidə bilər. 

TodayPress xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb. 

“Dəqiq bilmirəm. Mən sizə bunu müəyyən məqamda deyəcəyəm. Amma düşünürəm ki, Rusiya bu müharibəyə son qoymaq istəyir. Ola bilsin, sadəcə vaxt qazanır”  deyə Tramp bildirib. 

Qiymət Mahir

tag: Tramp,ABŞ,Ukrayna,Rusiya,Todaypress.az,