Tramp: “Putin sülhə can atır”
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna münaqişəsini bitirmək istədiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. “Düşünürəm ki, Putin dayanmaq istəyir. Bu, ona verdiyim suallardan biri idi. Əgər müharibəni davam etdirmək niyyətində olsaydı, bu, bizim üçün böyük problem olardı” Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib ki, Putin və ruslar münaqişəni tez bir zamanda bitirmək istəyirlər. “Onlar Hitleri, Napoleonu məğlub ediblər. Bilirsiniz, onlar uzun illərdir müharibə aparırlar. Amma düşünürəm ki, Putin artıq döyüşləri dayandırmaq istəyir” deyə Tramp vurğulayıb.
ABŞ lideri həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin də sülh danışıqlarına hazır olduğunu qeyd edib.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Ağ ev,Putin,Rusiya,Ukrayna,Münaqişə,Todaypress.az,