Tramp Putin və Si Cinpinlə görüşmək istəyir
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin və Çin Sədri Si Cinpinlə görüşmək istəyir.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Məlumata görə, Tramp Rusiya-Ukrayna müharibəsini sonlandırmaq üçün güclü bir addım atdığını, həm Rusiya, həm də Ukrayna prezidentləri ilə məhsuldar müzakirələr apardığını deyib.
Bundan başqa, Putin və Si Cinpinlə üçtərəfli görüş keçirmək istədiyini də açıqlayıb.
Tramp görüş zamanı həmkarlarına hərbi büdcəni yarıya endirmək təklifi verəcəyini də vurğulayıb.
Nicat Osman
tag: Tramp,Si Cinpin,Putin,Rusiya,ABŞ,Çin,Todaypress.az,