Tramp: “Putin və Zelenski görüşməlidir”
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Vladimir Putin və Volodimir Zelenski arasında birbaşa görüş Ukrayna münaqişəsinin həlli üçün vacibdir.
TodayPress xəbər verir ki, o, bu fikrini Ağ Evdə bir sıra yeni fərmanları imzalayarkən jurnalistlərə açıqlayıb.
“Məncə, prezident Putin və prezident Zelenski görüşməlidirlər” deyə Tramp bildirib.
O, həmçinin atəşkəsin tezliklə təmin edilməsini və münaqişənin nizamlanmasına dair razılaşmanın əldə olunmasını istədiyini vurğulayıb.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Zelenski,Putin,Görüş,Todaypress.az,