Tramp Putin və Zelenski ilə danışıqları dəyərləndirdi
"Martın 18-də Rusiya prezidenti Vladimir Putin və martın 19-da Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışıqları olduqca yaxşı keçdi".
TodayPress xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Breitbart"a müsahibəsində bildirib.
“Bizim iki çox yaxşı telefon danışığımız oldu və inanıram ki, razılıq əldə olunacaq. Biz orada baş verən qanlı savaşları dayandıra biləcəyik” deyə dövlət başçısı əlavə edib.
Tramp vurğulayıb ki, o, itkilər və ABŞ-nin Ukraynaya xərclədiyi böyük resurslara görə döyüşləri dayandırmaq istəyir.
Onun sözlərinə görə, bu “ödənişləri” dayandırmaq lazımdır və Avropa ölkələri də eyni nümunəni götürməlidir.
Töhfə Səməd
tag: Tramp,Putin,Zelenski,Telefon,Danışıq,Todaypress.az,