Tramp Putini rəqib kimi görmür
ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya prezidenti Vladimir Putinə münasibətdə əvvəlki mövqedən imtina edib.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.
Qəzetin məlumatına görə, Putin artıq Tramp dövründə ABŞ-nin qlobal hegemonluğuna son qoymağa çalışan “qeyri-sabit rəqib” yox, “ağıllı, nəzakətli və xoş niyyətli bir dost” kimi qiymətləndirilir.
“ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoffun sözlərinə görə, Putin nə Ukraynanın daha çox ərazisini işğal edəcək, nə də Avropaya hücum edəcək” nəşr yazır.
Materialda həmçinin bildirilir ki, Putin qlobal miqyasda təcrid olunmuş lider statusundan qurtularaq Rusiyanın Arktika qazını Avropaya ixrac etməkdə ABŞ-yə tərəfdaş ola biləcək dünya liderinə çevrilib.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Putin,Rusiya,Todaypress.az,