Tramp Putinlə münasibətlərinin pisləşməsini inkar edir

Dünya

31.03.2025 09:38

1489

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərinin pisləşməsi iddiasını rədd edib.   

TodayPress xəbər verir ki, o, vəziyyəti  jurnalistlər ilə görüşü zamanı şərh edib.   

Müxbirlər Amerika liderindən Rusiya prezidenti ilə hazırkı münasibətlərinin indiyədək “ən aşağı nöqtəsinə” çatdığına inanıb-inanmadığını soruşublar.   

Buna cavab olaraq Tramp belə düşünmədiyini bildirib.  "Siz Putindən danışırsınız.

Eyni zamanda mən onun öz sözlərindən dönəcəyini düşünmürəm" Ağ Ev rəhbəri əlavə edib.

tag: Tramp,ABŞ,Putin,Rusiya,Todaypress.az,