Tramp Putinlə nə haqda danışmaq istəyir?
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə ərazi məsələləri və atom elektrik stansiyalarına nəzarəti müzakirə etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Tramp elektrik stansiyalarının böyük məsələ olduğunu bildirib.
O, danışıqların martın 18-də baş tutacağını deyib.
Qeyd edək ki, ötən həftə Tramp və Putin arasında Ukrayna münaqişəsi ilə bağlı telefon danışığı baş tutub.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Rusiya,Putin,Todaypress.az,