Tramp: Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi
“Bu gün Rusiya Prezidenti
Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi”.
TodayPress xəbər verir ki, bu
sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, rusiyalı həmkarı ilə
bütün energetika və infrastruktur məsələləri üzrə dərhal atəşkəsin əldə
olunması barədə razılığa gəliblər.
“Biz Rusiya və
Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymaq və tam atəşkəs əldə etmək
üçün sürətli işləmək barədə anlaşdıq. Mən prezident olsaydım, bu müharibə
başlamazdı. Sülh müqaviləsinin bir çox elementləri, o cümlədən minlərlə əsgərin
öldürülməsi faktını müzakirə etdik və həm Prezident Putin, həm də Prezident
Zelenski bunun sona çatmasını istəyər. Bu proses indi tam gücü ilə gedir və biz
insanlıq naminə bu işi yekunlaşdıracağıq”deyə Tramp əlavə edib.
tag: Rusiya, Putin, Telefon, Danışıq, Ukrayna, ABŞ, todaypress.az,