Tramp qanunsuz miqrantlara sığınacaq verən şəhərlərin pulunu kəsəcək

Dünya

10.04.2025 20:40

14

"ABŞ hakimiyyəti ölkədə qanunsuz miqrantlara sığınacaq verən istənilən şəhər və ya ştatın federal maliyyədən məhrum edilə biləcəyinə dair sənəd hazırlayır".

TodayPress xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Trump Social" platformasında yazıb.

"Daha heç bir şəhər sığınacaq verməyəcək. Onlar qurbanları deyil, cinayətkarları müdafiə edirlər. Onlar ölkəmizi rüsvay edirlər və bütün dünyada gülüş doğururlar" deyə o vurğulayıb.

tag: ABŞ, Miqrant, Sığınacaq, Tramp, Cinayətkar, Sənəd, todaypress.az,