Tramp “qızıl kart”ını təqdim etdi: 5 milyon dollarlıq “kral üstünlüyü”
ABŞ prezidenti Donald Tramp yeni “qızıl kart” layihəsini jurnalistlərə şəxsi qürurla təqdim edib.
TodayPress “The New York Post”a istinadən xəbər verir ki, Tramp bu təqdimatı “Air Force One” təyyarəsində keçirib və jurnalistlərə 5 milyon dollar dəyərində olan kartın dizaynını nümayiş etdirib.
“Bu, 5 milyon dollara sizin ola bilər.
Bu, ilk kart idi. Bilirsiniz bu nədir? Bu, qızıl kartdır – kozır kart” deyə Tramp vurğulayıb.
Xatırladaq ki, Tramp hələ fevral ayında varlı əcnəbilər üçün “green card plus” imtiyazlarını əhatə edən qızıl kartların satışına başlamaq planlarını açıqlamışdı.
Layihənin məqsədi “EB-5” viza proqramını daha effektiv və modern formaya salmaqla yüklənmiş sistemin yüngülləşdirilməsidir.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Qızıl,KArt,Todaypress.az,