Tramp: “Qızılca artsa, ABŞ qəti tədbirlər görəcək”

Dünya

07.04.2025 12:37

12

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkədə qızılca ilə bağlı vəziyyət pisləşərsə, administrasiya qətiyyətlə hərəkət edəcək. 

TodayPress xəbər verir ki, o, bu barədə Ağ Ev mətbuat nümayəndələri ilə söhbət zamanı danışıb.

Tramp vəziyyəti yaxından izlədiklərini bildirib: 

“Nə baş verəcəyinə baxacağıq, amma qızılca epidemiyası irəliləyərsə, qəti tədbirlər görməyə məcbur olacağıq”.

Bununla belə, prezident qeyd edib ki, hazırda qeydə alınan yoluxma halları nisbətən azdır.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) son məlumatına görə, 2025-ci ilin əvvəlindən indiyədək ölkə üzrə 20-dən çox ştatda 607 qızılca halı təsdiqlənib.

İki nəfər xəstəlik səbəbindən vəfat edib.

Müqayisə üçün, 2024-cü il ərzində bütövlükdə ABŞ-də cəmi 285 yoluxma halı qeydə alınmışdı. Yeni statistika xəstəliyin yayılma sürətində ciddi artımı göstərir. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Qızılca,Xəstəlik,Todaypress.az,