Tramp: Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq
Biz Qrenlandiya əhalisini
ABŞ vətəndaşı olmağa inandırmalıyıq.
TodayPress-in məlumatına
görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “The Vince Show” verilişinə
müsahibəsində deyib.
O, ada
sakinlərinin ABŞ vətəndaşlığını istəmələri ilə bağlı məlumatsız olduğunu
bildirib. ABŞ Prezidenti milli təhlükəsizlik səbəbindən ölkənin Qrenlandiya
üzərində nəzarətə ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki,
martın 28-də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens
Qrenlandiyaya səfər edəcək və ABŞ hərbi bazasına baş çəkəcəklər. Bu səfər
Qrenlandiyada ciddi narazılıq yaradıb.
tag: Qrenlandiya, ABŞ, Tramp, Prezident, Hərbi, Baza, todaypress.az,