Tramp: “Qrenlandiyanı 100 faiz alacağıq”

Dünya

30.03.2025 10:25

2179

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ilhaqı ilə bağlı “tamamilə real danışıqlar” apardıqlarını bildirib. 

TodayPress xəbər verir ki, o, bu barədə “NBC News”a müsahibəsində danışıb.

“Biz Qrenlandiyanı alacağıq. Bəli, 100 faiz” deyə Tramp bildirib. 

Onun sözlərinə görə, bu addımı hərbi güc tətbiq etmədən atmaq üçün yaxşı ehtimal mövcuddur, lakin heç nəyi istisna etmir.

“Əslində mən bu barədə düşünmürəm. Mənə fərq etməz. Qrenlandiya tamamilə ayrı mövzudur. Bu, beynəlxalq sabitlik və güc məsələsidir” Tramp bu addımın Rusiya və digər dünya ölkələrinə hansı mesajı verəcəyi ilə bağlı suala cavabında deyib.

“Rusiya, Çin və başqa ölkələrdən gəmilər Grenlandiyadan kənara çıxırlar və biz dünyanın və ABŞ-nin təhlükəsizliyinə zərər verə biləcək heç bir şeyi qəbul etməyəcəyik” o əlavə edib.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Qrelandiya,Dünya,todaypress.az,