Tramp Raşmor dağında əbədiləşdiriləcək

Dünya

31.03.2025 18:28

2914

ABŞ-nin daxili işlər naziri Duq Berqam prezident Donald Trampın şəklinin Raşmor dağında oyulması ideyasına açıq münasibət bildirib. 

TodayPress xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“O dağda onun üçün yer mütləq var” deyə vurğulayıb. Xatırladaq ki, bu ilin yanvarında Nümayəndələr Palatasının üzvü, respublikaçı Anna Paulina Luna Donald Trampın da Raşmor memorialında əks olunmasını təklif etmişdi. O, dörd keçmiş prezidentin – Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun 18,6 metrlik nəhəng büstləri ilə yanaşı, Trampın da heykəlinin əlavə edilməsini təklif etmişdi.

Qeyd edək ki, Raşmor memorialı 1927–1941-ci illərdə heykəltəraş Qutson Borqlumun rəhbərliyi ilə yaradılıb və ABŞ-nin 150 illik yubileyinə həsr olunub. 

Qiymət Mahir

tag: Tramp,ABŞ,Raşmor,Dağ,Todaypress.az,