Tramp region liderləri ilə Qəzzanı müzakirə edəcək
İsrail prezidenti İsaaq Hersoq ABŞ prezidenti Donald Trampın region ölkələrinin liderləri ilə görüşlərdə Qəzza zolağının gələcəyini müzakirə edəcəyini deyib.
TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
İsrail lideri Trampın əsas ərəb liderləri ilə görüşməli olduğunu deyib.
İlk olaraq İordaniya kralı və Misir prezidenti illə görüşlərin keçirilməli olduğunu vurğulayıb.
“Məncə, bunlar dinləməli, müzakirələr aparmalı olduğumuz tərəfdaşlardır. Onların istəklərini nəzərə almalı və gələcəkdə davamlı olacaq planı necə inkişaf etdirə biləcəyimizi başa düşməliyik" deyə Hersoq bildirib.
Nicat Osman
tag: İsaaq Hersoq , ABŞ,Donald Tramp,Misir,Region,Todaypress.az,