Tramp rekord büdcə tələb edəcək

Dünya

03.05.2025 20:50

14

ABŞ prezidenti Donald Tramp Konqresdən 2025-ci maliyyə ili üçün milli təhlükəsizliyə rekord həcmdə – 1,01 trilyon dollar vəsait ayırmağı tələb edəcək.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” administrasiyadakı mənbələrə istinadla məlumat yayıb. 

Bildirilib ki, vəsaitin bir hissəsi “Golden Dome” raketdən müdafiə sisteminin inkişafına, gəmiqayırma və nüvə infrastrukturunun modernləşdirilməsinə yönəldiləcək.

Eyni zamanda hərbçilərin maaşında 3,8% artım nəzərdə tutulur.

Qiymət Mahir

tag: ABŞ ,Tramp,Rekord,Büdcə,todaypress.az,