Tramp: "Rusiya atəşkəslə razılaşsa, sülh əldə olunacaq"

Dünya

12.03.2025 10:32

1503

"Əgər Rusiya atəşkəsə qarşı olsa, Ukraynada münaqişə davam edəcək".   

TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Rusiya təkliflərlə razılaşarsa, atəşkəs, hətta sülh əldə oluna bilər. Əks halda bu inandırıcı görünmür. 

Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub.   

Türkan İsgəndərli

tag: Tramp,ABŞ,Rusiya,Ukrayna,Münaqişə,Sülh,Todaypress.az,