Tramp Rusiya və Ukrayna görüşündə israrlıdır

Dünya

12.05.2025 20:30

20

ABŞ prezidenti Donald Tramp mayın 15-də Rusiya və Ukrayna nümayəndələri arasında keçiriləcək görüşün vacibliyini vurğulayıb. 

TodayPress xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verib.

Tramp bu görüşün baş tutması üçün xüsusi təşəbbüs göstərdiyini bildirib.

“Cümə axşamı Rusiya və Ukrayna ilə görüş çox vacibdir. Mən bu görüşün baş tutmasında çox israr etmişəm. Düşünürəm ki, bu görüşün nəticəsində yaxşı nəsə baş verə bilər”.

Türkan İsgəndərli

tag: ABŞ,Rusiya,Ukrayna,Sülh,todaypress.az,