Tramp Rusiya və Ukraynanı danışıqlardan çəkilməklə hədələdi

Dünya

19.04.2025 02:45

19

"Tərəflərdən hər hansı biri mənə qarşı təxribat edərsə, Vaşinqton Ukrayna danışıqlarından geri çəkiləcək"

TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib. 

"Əgər hər hansı səbəbdən iki tərəfdən biri danışıqlara mane olarsa, biz sadəcə "sən axmaqsan, axmaqsan, dəhşətli insansan" deyəcəyik və danışıqlardan çəkiləcəyik. Amma ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmayacağıq" deyə Tramp bildirib. 

Amerika lideri Ukraynaya hərbi yardımın davam etdirilməsi ilə bağlı suala dəqiq cavab verməyib: "Ümid edirəm, ABŞ bunu etməyə məcbur olmayacaq, çünki sülh razılaşması əldə oluna bilər".

tag: Tramp,Ukrayna, Rusiya, Təxribat, Vaşinqton, todaypress.az,