Tramp Rusiya və Ukraynaya 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbə endirməkdən imtina etməyi təklif etdi

Dünya

18.03.2025 22:10

960

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynaya 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbə endirməkdən qarşılıqlı imtina etməyi təklif edib.

TodayPress xəbər verir ki, bu barədə Kreml Putin-Tramp telefon danışığı ilə bağlı bəyanatda bildirilib.


Qeyd olunub ki, telefon danışığı zamanı Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbə endirməkdən qarşılıqlı imtina təklifi irəli sürüb.

Vladimir Putin Trampın bu təşəbbüsünə müsbət cavab verib.

Putinin dərhal Rusiya hərbçilərinə müvafiq əmr verdiyi bildirilib.

 

tag: ABŞ, Rusiya, Ukrayna, Tramp, Putin, todaypress.az,