Tramp Rusiyanı sanksiya ilə hədələdi

Dünya

08.03.2025 14:30

985

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanı sülh sazişi üzrə danışıqlara davam etməyə çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Tramp Ukrayna ilə sülh əldə olunandan sonra Rusiyaya qarşı sanksiyaları yüngülləşdirəcəyini açıqlayıb.   

O qeyd edib ki, əks halda Rusiyaya qarşı irimiqyaslı bank sanksiya və tarifləri ciddi şəkildə artıracaq. 

Xatırladaq ki, Donald Tramp martın 6-da Ukraynaya yardım paylaşılmasını və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırıb. 

Türkan İsgəndərli

tag: ABŞ,Rusiya,Tramp,Sanksiya,Todaypress.az,