Tramp: Rusiyanın atəşkəsdən imtinası dünya üçün çox məyusedici olacaq
Rusiyanın atəşkəsdən imtinası dünya üçün çox məyusedici olacaq.
TodayPress xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO Baş Katibi Mark Rutte ilə görüşdən sonra birgə mətbuata açıqlamasında deyib.
Ağ Ev rəhbəri
Mark Rutte ilə Ukraynaya dair müzakirə etdiyi məsələləri də açıqlayıb.
“Biz Rusiya
tərəfdən atəşkəsi görmək istərdik. Ukrayna ərazilərini, eləcə də ələ keçirilən
və saxlanılan əraziləri, eləcə də yekun razılaşmanın digər elementlərini
müzakirə etdik. Bildiyiniz kimi böyük bir enerjisi stansiyası məsələsi də var,
bu stansiya kimin olacaq, kim nəyi əldə edəcək və.s. Bildiyiniz kimi bu asan
bir proses deyil, lakin birinci mərhələ atəşkəsdir. Bir çox individual
məsələlər də müzakirə edildi. Biz müxtəlif konseptləri müzakirə etdik, atəşkəs
zamanı vaxt itirilməməlidir, yoxsa bunun bir mənası olmaz. Beləliklə biz nə
əldə edə bilərsən, nə edə bilməzsən onu deyirik. Onlar NATO-nu və NATO-da
olmağı müzakirə ediblər amma hər kəs cavabı bilir. Beləliklə yekun razılaşmanın
bir çox detalları müzakirə edildi. İndi biz baxıb görəcəyik ki Rusiya da bu
məsələdə var, ya yox. Əgər olmasalar bu dünya üçün çox məyusedici bir an
olacaq”.
Donald Tramp
Ukrayna ilə bağlı dalandan çıxıldığını və yaxşı hadisələrin olacağını
vurğulayıb. O, Ukrayna ilə minerallarla bağlı razılaşmanın ABŞ-nin müharibə
zamanı xərclədiyi vəsaiti artıqlaması ilə geri qaytaracağını vurğulayıb.
tag: ABŞ, Tramp, Ukrayna, Atəşkəs, Sülh,NATO, todaypress.az,