Tramp: "Rusiyaya ancaq sanksiyalar gətirmişəm"

Dünya

04.03.2025 12:23

2865

ABŞ prezidenti Donald Tramp Rusiyaya “kədərdən başqa bir şey” gətirmədiyini etiraf edib. 

TodayPress “Fox News”a istinadən xəbər verir ki, Ağ Evin sahibi jurnalistlərin Rusiyaya simpatiyası ilə bağlı suallarına belə cavab verib.

Amerika lideri xatırladıb ki, Ukrayna məhz onun administrasiyası dövründə “Javelin” raket sistemləri alıb. Bundan başqa, onun rəhbərliyi altında Rusiya əleyhinə sanksiyalar gücləndirilib.

 “Mən Rusiyaya kədərdən başqa heç nə verməmişəm” deyə o bildirib. 

Qeyd edək ki, Tramp bundan əvvəl  Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəmədiyini bildirmişdi.

Nicat Osman

tag: ABŞ ,Donald Tramp,Rusiya,Ağ Ev,todaypress.az,