Tramp Rusiyaya qarşı sanksiyaları yumşalda bilər

Dünya

26.03.2025 16:02

2553

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların bir hissəsini, xüsusilə ərzaq və gübrə tədarükünə dair məhdudiyyətləri yumşalda bilər.

TodayPress xəbər verir ki, bu fikri politoloq-amerikaşünas Malek Dudakov “Lenta.ru”ya açıqlamasında səsləndirib.

Politoloq bildirib ki, Trampın bu addımı atması ABŞ iqtisadiyyatı üçün də faydalı ola bilər:

“Tramp artıq bu gün və ya sabah Rusiyaya qarşı ərzaq və gübrə tədarükü ilə bağlı sanksiyaların, ən azı, dayandırıldığını elan edə bilər. Bu, onun razılaşma əldə etmək istəyi və Rusiyanın Qara dənizdə ticarət axınını bərpa etmək üçün sanksiyaların yumşaldılması tələbi ilə uzlaşır”.

Dudakov qeyd edib ki, Rusiyadan gübrə ixracının artması qlobal ərzaq qiymətlərinin aşağı düşməsinə, nəticədə isə inflyasiyanın azalmasına səbəb ola bilər.

Bu isə ABŞ-də də ərzaq sektorunda yaşanan böhranın yumşalmasına kömək edə bilər.

Ekspert istisna etmir ki, Tramp bu qərarı bir təzyiq aləti kimi bir müddət saxlaya da bilər. Lakin onun fikrincə, bu strategiyanın uzunmüddətli perspektivi yoxdur və ABŞ üçün daha konstruktiv gündəmə keçmək məntiqli olardı.

Xatırladaq ki, Tramp daha əvvəl Rusiyanın Qara dənizdə atəşkəslə bağlı irəli sürdüyü şərtləri və sanksiyaların yumşaldılması tələblərini nəzərdən keçirdiklərini açıqlamışdı. 

Qiymət Mahir

tag: Tramp,Rusiya,Sanksiya,Yumşalma,Todaypress.az,