Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı
vəziyyətlə əlaqədar Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş bəzi sanksiyaların
müddətini daha bir il uzadıb.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin yaydığı
sənədlərdə deyilir.
Söhbət 2014, 2018 və 2022-ci illərdə Vaşinqtonun Rusiyaya
qarşı tətbiq etdiyi məhdudiyyətlərdən gedir.
Tramp vurğulayıb ki, o, bütün bu məhdudlaşdırıcı
tədbirlərin 2025-ci ili martın 6-dan sonra da qüvvədə qalmalı olduğu qənaətinə
gəlib.
tag: ABŞ, Tramp, Rusiya, Sanksiya, Ağ Ev, todaypress.az,