Tramp şahzadə Harrini ABŞ-dən deportasiya etmək niyyətində deyil
ABŞ Prezidenti Donald Tramp Britaniya
şahzadəsi Çarlz Albert David Harrinin ölkədən deportasiya olunması ehtimalını
istisna edib.
TodayPress xəbər verir ki, bu barədə "The New
York Post" qəzeti məlumat yayıb.
"Mən bunu etmək istəmirəm. Onu rahat buraxacağam.
Harrinin həyat yoldaşı ilə kifayət qədər problemi var. Qadın (Meqan Markl -
red.) dözülməzdir" Tramp bildirib.
Marqaret Tetçer adına mərkəzin analitiki Nayl Qardiner
daha əvvəl müsahibəsində Harrinin yaxın aylarda deportasiya ediləcəyini deyib.
Britaniya şahzadəsinin viza məsələsi onun
"Spare" avtobioqrafiyasının dərc olunmasından sonra yenidən
aktuallaşıb. Kitabda o, yeniyetmə yaşlarında kokain istifadəni etiraf edib.
2024-cü ilin mart ayında Tramp söyləyib ki, əgər Harrinin
vizası qanunsuz əldə edilibsə, o, arzuolunmaz nəticələrlə üzləşə bilər.
Xatırladaq ki, 2020-ci ilin yanvarında şahzadə Harri və
həyat yoldaşı Meqan Markl Britaniya kral ailəsindəki rəsmi vəzifələrindən
imtina edərək ABŞ-yə köçüblər.
tag: Spare,Tramp, ABŞ, Visa, todaypress.az,