Tramp Si Cinpinlə danışacaq
ABŞ prezidenti Donald Tramp bu həftənin sonunda Çin prezidenti Si Cinpinlə telefon danışığı aparacağını bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verib.
Tramp ABŞ və Çin arasında danışıqların yaxşı olacağını bildirib.
Müzakirələrin əsas mövzusunun ticarət məsələləri olacağı gözlənilir.
Türkan İsgəndərli
tag: ABŞ,Çin,Tarif,Danışıq,todaypress.az,