Tramp Si Cinpinlə görüşə bilər
ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının prezidenti Si Cinpinlə görüşmə ehtimalını istisna etməyib.
TodayPress xəbər verir ki, Florida ştatından Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində jurnalistlər Trampdan Çin lideri ilə görüşüb-görüşməyəcəyini soruşublar.
“Bəli, müəyyən vaxtda görüşə bilərəm. Çin prezidenti ilə çox yaxşı münasibətlərim var” deyə o, cavab verib.
Qeyd edək ki, fevral ayında Tramp Çin ilə yeni ticarət razılaşması bağlamağa ümidli olduğunu və Si Cinpinin ABŞ-yə səfər edə biləcəyini qeyd etmişdi.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Çin,Si Cinpin,Todaypress.az,