Tramp “Signal” qalmaqalına münasibət bildirdi: “Bu, cadugər ovudur”

Dünya

30.03.2025 11:00

2940

ABŞ prezidenti Donald Trampmilli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsun səhvən bir jurnalisti administrasiya üzvləri ilə “Signal” çatına əlavə etməsi ilə bağlı xəbərlərə münasibət bildirib. 

TodayPress “NBC News”ə istinadən xəbər verir ki, Tramp bu məlumatları “saxta xəbər” və “cadugər ovu” adlandıraraq heç kəsi vəzifəsindən azad etməyəcəyini deyib.

“Mən insanları saxta xəbərlər və cadugər ovuna görə işdən çıxarmıram” deyə o bildirib. 

Tramp müşavir Uoltsa və eyni sözügedən çatda olan müdafiə naziri Pit Heqsetə hələ də etibar etdiyini qeyd edib.

Prezidentin sözlərinə görə, ABŞ-nin Yəməndə husi qruplaşmasına qarşı həyata keçirdiyi hava zərbələri “çox güclü və ölümcül” olub: 

“Heç kim bundan danışmaq istəmir. Hamının danışmaq istədiyi isə cəfəngiyyatdır. Bu, feyk xəbərdir. “Signal” nədir, xəbərim yoxdur və əhəmiyyət vermirəm. Bircə onu deyə bilərəm ki, bu, mətbuatın uydurduğu növbəti cadugər ovudur. Çünki danışmağa başqa sözləri yoxdur. Çünki bu, ölkə tarixində ən uğurlu 100 günlük prezidentlik dövrüdür” deyə Tramp əlavə edib.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Dünya,Signal,todaypress.az,