Tramp silah ixracı qaydalarını sadələşdirəcək
Donald Tramp ABŞ
silahlarının digər ölkələrə ixracı qaydalarını sadələşdirmək üçün fərman
imzalamaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu
barədə “Reuters “ məlumat yayıb.
Agentliyin mənbələri bildiriblər ki,
ABŞ administrasiyası bu addımı yaxın günlərdə elan edə bilər.
Fərmanda, xüsusilə Konqresin
silahların satışına icazə verməsi ilə bağlı qaydaların yumşaldılması nəzərdə
tutulur.
Qeyd edək ki, mövcud qanuna görə,
Vaşinqton administrasiyası başqa ölkəyə silah satışı üçün Konqresdən icazə
almalıdır.
tag: Tramp, ABŞ, Silah, Satış, Maliyyə, Fərman, todaypress.az,