Tramp söz verdi: ABŞ-Rusiya münasibətləri normallaşacaq

Dünya

14.03.2025 17:28

1634

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Moskva ilə münasibətlərində nizamı bərpa edəcəyini bildirib.   

TodayPress xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.   

“Keçmiş prezident Cozef Bayden Rusiya ilə aramızda əsl qarışıqlıq yaratdı, amma mən bizi bu qarışıqlıqdan çıxaracağam” deyə o bildirib.   

Tramp əlavə edib ki, atəşkəs əldə olunmasa və Rusiya ilə yekun saziş imzalanmasa, daha çox insan həlak olacaq.

Aysel Mətləb

tag: ABŞ,Tramp,Rusiya,Münasibətlər,Todaypress.az,