Tramp Sumi hadisəsindən danışdı
ABŞ prezidenti Donald Tramp Ukraynanın şimal-şərqindəki Sumi şəhərinə endirilən zərbəni səhv adlandırıb.
TodayPress xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
O, bu hadisənin "dəhşətli" olduğunu deyib.
Lider bu cür hadisələrin təkrarlanmayacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, aprelin 13-də Sumidə bir neçə güclü partlayış baş verib. Ukraynanın “Obşçestvennoye” nəşrinin məlumatına görə, bundan bir qədər əvvəl yerli sakinlərə ballistik raketlərin yaxınlaşması barədə xəbərdarlıq edilib.
Zərbə Ukrayna Silahlı Qüvvələrinin (AFU) döyüşçülərinin toplaşdığı yerə endirilib.
Həmin vaxt şəhərdə hərbi qulluqçuların təntənəli mükafatlandırma mərasimi keçirilirmiş.
Türkan İsgəndərli
tag: Tramp,Ukrayna,Sumi,Hücum,Todaypress.az,