Tramp Suriyada “Əl-Qaidə” liderinin öldürüldüyünü təsdiqlədi

Dünya

18.02.2025 11:18

2918

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ hərbçiləri həftə sonu Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini öldürüb.

TodayPress xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social”da məlumat verib.

“Bu həftə sonu ABŞ qüvvələri Əl -Qaidənin Suriyadakı qoluna dəqiq hava zərbəsi endirib. Terrorçu lider bütün bölgədə Əl -Qaidə ilə əlaqədə olub” deyə Tramp qeyd edib.

Amerika prezidenti uğurlu əməliyyat münasibətilə ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurill və hərbi pilotları təbrik edib.

Nicat Osman

tag: ABŞ,əməliyyat,Terror,Tramp,Əl-Qaidə,